ArazNet TV – Evinizdə və Səyahətdə Tam Əyləncə
ArazNet TV – müasir dövrün tələblərinə cavab verən, hər kəs üçün əlçatan və keyfiyyətli televiziya xidmətidir. İndi siz, evinizdən çıxmadan, heç bir əlavə avadanlığa ehtiyac olmadan, 200-ə yaxın yerli və beynəlxalq TV kanalına bir toxunuşla baxa bilərsiniz!
Mobil Stick – Televiziyanı Harada İstəsən, Orada İzlə
Mobil Stick – Araznet TV tərəfindən təqdim olunan portativ yayım cihazıdır. Bu cihaz Smart olmayan, lakin HDMI girişinə malik TV-lər üçün nəzərdə tutulub və istənilən Wi-Fi bağlantısı olan mühitdə televiziya izləmək imkanı yaradır.

Əsas xüsusiyyətlər:
• HDMI dəstəyi olan istənilən televizora birbaşa qoşulur
• Heç bir əlavə qurğu və ya mürəkkəb quraşdırma tələb etmir
• Wi-Fi bağlantısı vasitəsilə Araznet TV platformasına giriş imkanı verir
• Səyyar istifadəyə tam uyğundur – bağ evində, səyahətdə, ofisdə və ya qonaq getdiyiniz yerdə belə TV izləməyi mümkün edir
• Portativ dizaynı sayəsində asan daşınır və istənilən məkan üçün idealdır
Mobil Stick ilə siz yalnız televizor deyil, eyni zamanda hər yerdə keyfiyyətli və fasiləsiz yayım rahatlığını da əldə edirsiniz. Bu, xüsusilə Smart TV sahibi olmayan istifadəçilər üçün Araznet TV xidmətindən tam faydalanmaq imkanı yaradır.
ArazNet TV geniş kanal seçimi təklif edir. Bu xidmətlə klassik televiziya anlayışını bir addım irəli daşıyaraq, evinizi əsl əyləncə mərkəzinə çevirəcəksiniz.
HD keyfiyyətli görüntü, dayanıqlı bağlantı və 24/7 texniki dəstək isə xidmətdən maksimum məmnunluq üçün nəzərdə tutulub.
Tarif Paketləri:
Günlük Paket – cəmi 0.50 AZN
7 Günlük Paket – 1 AZN
Aylıq Paket – 6 AZN
İllik Paket – 54 AZN
Sport Extra Paketi (əlavə seçim)
Canlı idman yayımları və xüsusi idman kanalları ilə zənginləşdirilmiş əlavə paket.
Aylıq – 2 AZN
İllik – 24 AZN