ADSL son
ADSL-dən imtina et, GPON-nun sürətini yaşa.
ADSL-dən GPON-a keçid xidməti mövcud ADSL istifadəçiləri üçün nəzərdə tutulmuşdur. İstifadəçi müraciət etdikdən sonra keçid prosesi kampaniya çərçivəsində qiymətləndirilir və texniki imkanlar yoxlanılır.
İlk mərhələdə istifadəçinin müraciəti qəbul olunur və mövcud kampaniya şərtlərinə uyğunluğu müəyyən edilir. Daha sonra texniki komanda tərəfindən ünvan üzrə GPON fiber infrastrukturunun mövcudluğu yoxlanılır. Fiber xətt texniki olaraq ünvana yaxın olduğu və qoşulma mümkün olduğu halda, istifadəçi GPON internet xidmətinə qoşulur.
GPON internet xidməti ADSL ilə müqayisədə yüksək sürət, stabil bağlantı və kəsintisiz istifadə imkanı yaradır.
Kampaniya çərçivəsində GPON internet xidməti aylıq 12 AZN olmaqla 15 Mbit/s sürət ilə təqdim olunur. Qoşulma və modem üçün əlavə ödəniş tələb olunmur. Abunəçi ilk 3 ay ardıcıl olaraq aylıq 12 AZN ödəniş etməklə xidmətdən yararlana bilər.
Hazırda ADSL istifadə edən abunəçilər müraciət edə bilər. Ünvan üzrə texniki imkanlar uyğun olmadığı halda istifadəçi bu barədə əvvəlcədən məlumatlandırılacaq.
ADSL-dən GPON-a keçid üçün müraciət etmək məqsədilə sayt üzərindən formu doldura və ya əlaqə bölməsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Texniki yoxlamadan sonra mümkün olan ən qısa müddətdə internet xidmətinə qoşulma həyata keçirilir.
